Türkiyədə ağır qəza: Azərbaycanlı yaralandı - Video
Belə ki, İstanbula sərnişin daşıyan avtobusun sürücüsünün ani diqqətsizliyi qəzaya səbəb olub. İdarəetməni itirən sürücü avtobusu qarşıda dayanan “TIR”-ın arxasına çırpıb.
Qəza nəticəsində 11 nəfər yaralanıb. Yaralananlardan bir də Azərbaycan vətəndaşı 23 yaşlı Juranov Məmməddir. Qəzada xəsarət alanlar dərhal Keşan Dövlət Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata əsasən yaralların vəziyyəti qənaətbəxşdir.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


