`Miqrantları azaldacağıq` - Merkel
AzVision.az “Focus” nəşrinə əsasən xəbər verir ki, kansler Merkel “mühacir böhranı” ilə əlaqədar rəqib “Xristian Sosialistləri Birliyi” partiyasının lideri Horst Zeehoferlə keçirdiyi görüşdən sonra miqrantların sayını ixtisar edəcəklərini açıqlayıb.
“Biz istəyirik ki, qaçqınların sayını ciddi şəkildə azaldaq”,- deyə Merkel birgə müzakirəyə dair açıqlama verib.
“XSBP”-nın sədri Horst Zeehofer də ümumi razılığın əldə olunmasından məmnun qaldığını bildirib.
Hər iki partiya başçısı ikitərəfli müzakirələrdən məmun olduqlarını və miqrantların sayının məhdudlaşdırılması ilə əlaqədar 13 bəndlik anlaşma Protokoluna dair yekun razılığa gəldiklərini elan ediblər.
Fərrux Həsənov
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


