Yeni baş nazirinin adı açıqlandı

Yeni baş nazirinin adı açıqlandı
  11 Noyabr 2015    Oxunub:2458
Rumıniya Prezidenti Klaus Yohannis noyabrın 10-da Daçian Çoloşu Rumıniyanın yeni Baş naziri vəzifəsinə təsdiq edib.

Prezident ölkənin hazırkı vəziyyətdə texnokrat, müstəqil, heç bir qalmaqalda adı çəkilməyən Baş nazirə ehtiyacı olduğu üçün məhz D.Çoloşun namizədliyinin bu vəzifəyə uyğun gəldiyini bildirib. Yeni təsdiq edilmiş Baş nazir 2016-cı ilin sonunda keçiriləcək parlament seçkilərinə qədər hökumətə rəhbərlik edəcək.

Heç bir partiyanın üzvü olmayan D.Çoloş 2007-2008-ci illərdə kənd təsərrüfatı naziri, 2010-cu ildə isə kənd təsərrüfatı və çöl inkişafı üzrə Avropa komissarı vəzifələrində çalışıb. Bu il Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Daçian Çoloşu ərzaq təhlükəsizliyi üzrə xüsusi müşavir vəzifəsinə təyin edib.

Xatırladaq ki, Rumıniyanın sabiq Baş naziri Viktor Ponta Buxarestin “Kolektiv” klubunda bir neçə nəfərin həlak olması və xəsarət alması ilə nəticələnən faciədən sonra istefa verib. (Azərtac)


Teqlər:





Xəbər lenti