ABŞ Qarabağa pul verməyəcək

ABŞ Qarabağa pul verməyəcək
  10 Fevral 2016    Oxunub:2562
Amerika Birləşmiş Ştatları gələn il Dağlıq Qarabağdakı işğalçı rejimə yardım ayırmayacaq.

AzVision.az xəbər verir ki, bu prezident Barak Obama tərəfindən 2017-ci maliyyə ili üzrə dövlət büdcəsi layihəsi dərc edildikdən sonra məlum olub.

Qeyd edək ki, ABŞ-ın bu ilki büdcəsində də Azərbaycanın işğal altındakı ərazilərinə (Dağlıq Qarabağa) hər hansı formada yardımı nəzərdə tutan heç bir müddəa yer almayıb.

Ötən ilin dekabrın 18-də ABŞ Konqresi tərəfindən qəbul edilmiş 2016-cı maliyyə ili üzrə "Ümumi təxsisatlar" (ayırmalar) qanunda da ABŞ-ın Azərbaycanın işğal altındakı ərazilərinə (Dağlıq Qarabağa) hər hansı formada yardımını nəzərdə tutan heç bir müddəa yer almayıb. ABŞ-dakı erməni diasporunun və ermənipərəst konqresmenlərin təşəbbüsü ilə belə bir maddənin qanun layihəsinə salınmasına cəhd edilsə də, bu, baş tutmayıb.

Xatırladaq ki, 2014-cü maliyyə ilindən etibarən ABŞ Konqresi qəbul etdiyi yekun təxsisatlar qanununa Azərbaycanın işğal altındakı ərazilərinə hər hansı formada yardım göstərilməsini nəzərdə tutan müddəanı daxil etmir. Lakin 1998-2013-cü maliyyə illəri üzrə Konqresin qəbul etdiyi yekun təxsisatlar qanununda və ya onun əlavəsində Azərbaycanın işğal altındakı ərazilərində icra olunan müxtəlif layihələrin ABŞ tərəfindən maliyyələşdirilməsi üçün istifadə edilən bənd olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti