Münhen Təhlükəsizlik Konfransı başa çatdı

Münhen Təhlükəsizlik Konfransı başa çatdı
  15 Fevral 2016    Oxunub:1614
Almaniyada keçirilən 52-ci Münhen Təhlükəsizlik Konfransı başa çatıb.
Konfransda yekun nitqi sədr Volfqanq İşinger söyləyib: “Biz ümid edirik ki, konfransda səslənən fikirlər dünyada vəziyyətin normallaşmasına öz töhfəsini verəcək”.

Qeyd edək ki, Münhen konfransı 1963-cü ildən NATO ölkələri müdafiə şurasının iclası kimi keçirilməyə başlayıb. Hazırda bu konfrans dünyanın 40-dan artıq ölkəsinin iştirak etdiyi beynəlxalq diskussiya forumuna çevrilib.

Bu il keçirilən konfransda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

AzVision.az


Teqlər:  



Xəbər lenti