İran 5 ildən sonra Avropaya neft göndərdi

İran 5 ildən sonra Avropaya neft göndərdi
  15 Fevral 2016    Oxunub:2047
İranın beş ildən sonra ilk dəfə neftlə dolu tankeri Avropaya yola düşüb.
Beynəlxalq sanksiyaların qaldırılmasından sonra İran nefti ilə yüklənmiş ilk tanker Fars körfəzindən yola çıxıb və hazırda Avropaya doğru üzür. Tanker “Lukoil” şirkətinin törəmə müəssisəsi “Litasco”ya məxsusdur və tutumu 1 milyon barreldir.

“Bloomberg” agentliyinin xəbərinə görə, yaxın saatlarda Fransa, İspaniya və Çin şirkətlərinə məxsus tankerlər də İran nefti ilə yüklənəcək. Müxtəlif informasiyalara görə İranın bir gündə bazara 4 milyon barel neft çıxaracağı gözlənilir.

“Deutsche Welle” bu neftin yarısının Fransanın “Total” şirkəti tərəfindən alındığını bildirir. Qalanını isə Rusiya və İspaniyadan olan iki şirkətə satıblar. İranın energetika rəsmilərinin dediyinə görə, Rusiya şirkəti həmin nefti Rumıniyadakı neftayırma zavoduna göndərəcək. Bu baxımdan ehtimal edilir ki, İran neftinin ilk partiyasını alanlar arasında “Lukoil” şirkəti də var. Çünki “Lukoil” şirkəti Rumıniyada neftayırma zavoduna və yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir. “Total” şirkəti isə İrandan hər gün 160-180 min barel neft almaq barədə müqavilə bağlayıb.

AzVision.az





Teqlər:  



Xəbər lenti