Rusiyada güclü partlayış: Ölən və yaralılar var

Rusiyada güclü partlayış: Ölən və yaralılar var
  16 Fevral 2016    Oxunub:2420
Rusiyanın Yaroslavl şəhərində yaşayış binasında güclü partlayış baş verib.
AzVision.az TASS agentliyinə istinadən xəbər verir ki, binanın 1-ci mərtəbəsindən 5-ci mərtəbəyədək olan hissəsi çöküb, dağıntılar altında qalanlar var.

Ən son məlumatlara görə, hadisə nəticəsində üç nəfər ölüb, üç nəfər isə yaralanıb.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.

Hadisənin təfərrüatları barədə məlumat verilmir. Ehtimal edilir ki, partlayışa binada baş verən qaz sızması səbəb olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti