`Galaxy S7`nin gizli görüntüləri üzə çıxdı – VİDEO

`Galaxy S7`nin gizli görüntüləri üzə çıxdı – VİDEO
  16 Fevral 2016    Oxunub:3581
`Samsung`şirkətinin İndoneziyada olan bölməsi `Youtube` kanalında şirkətin yeni flaqmanı olan `Galaxy S7`-nin görüntülərini yayıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Növbəti flaqman görünüşcə keçən ilki smartfonlar `Galaxy S6` və `S6 Edge`-ə bənzəyir. Reklam rolikindən bu qənaətə gəlmək olar ki, yeni qurğu `suya davamlı` olacaq.

Videoda idmançının smartfonu naqilsiz enerji ilə doldurması da əks olunur.

Qeyd edək ki, `Galaxy S7` modeli fevralın 21-də Barselonada `Mobile World Congress` sərgisi zamanı ictimaiyyətə təqdim olunacaq.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti