AŞPA erməni deputatı iqnor edir

AŞPA erməni deputatı iqnor edir
  16 Fevral 2016    Oxunub:2509
Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zöhrabyan Assambleyada səsvermə hüququndan məhrum edilə bilər.
AzVision.az xəbər verir ki, bu barədə “Aykakan Jamanak” qəzeti məlumat yayıb. Qəzet iddia edir ki, Türkiyə nümayəndə heyəti N.Zöhrabyan barədə AŞPA-ya etiraz məktubu ünvanlayıb. Buna səbəb N.Zöhrabyanın Türkiyə nümayəndə heyətinin üzvü, milliyyətcə erməni olan Marqar Yesayanı təhqir etməsi olub.

Göndərilən şikayət məktubu AŞPA-nın sədri Pedro Aqramunta təqdim edilib.

P.Aqramunt məktubu İntizam komissiyasına göndərəcək və Zöhrabyana qarşı sanksiyalar tətbiq ediləcək.

İlkin olaraq erməni deputatın səs hüququndan məhrum edilməsi gözlənilir.

N.Zöhrabyan buna kəskin etirazını bildirib: “Pedro Aqramuntun məqsədi və səsvermə hüququmdan məhrum ediləcəyim məni qətiyyən narahat etmir. Marqar Yesayana gəlincə isə düz etmişəm”.

Qeyd edək ki, AŞPA-nın qış sessiyasının gedişində M.Yesayan Robert Uolterin müəllifi olduğu “Dağlıq Qarabağ və ətraf ərazilərdə zorakılığın artması” adlı qətnamənin lehinə səs verib. Bundan sonra N.Zöhrabyan ona yaxınlaşıb və sərt mövqeyini bildirib.

AzVision.az


Teqlər:  



Xəbər lenti