İran da nefti hasilatını dondurur

İran da nefti hasilatını dondurur
  16 Fevral 2016    Oxunub:2082
İran və İraqda neft hasilatını dondurmaq barədə qərar qəbul ediblər.
AzVision.az `Reuters`-ə istinadən xəbər verir ki, bu barədə Venesuela neft naziri Evlohio del Pino bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak və OPEK-ə üzv bir neçə ölkənin nümayəndələri Qətərin paytaxtı Dohada keçirilən danışıqların yekunu üzrə neft hasilatını 11 yanvara olan səviyyədə dondurmaq barədə razılıq əldə etdiyini bildirmişdi.

Məlumatda həmçinin, Səudiyyə Ərəbistanı da bu təkliflə razılaşdığı bildirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti