Trampın qızı hamını heyran qoydu – FOTO (VİDEO)

Trampın qızı hamını heyran qoydu – FOTO (VİDEO)
  16 Fevral 2016    Oxunub:10990
Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampın qızı podiumda debüt edib.
Bu barədə AzVision.az `People`-a istinadən xəbər verir.

Tiffani Tramp Nyu-Yorkda moda həftəsi çərçivəsində podiuma çıxıb. O, `Just Drew` brendinin modelini nümayiş etdirib.

Onu dəstəkləməyə anası Marla Meyplz və `NSYNC` qrupunun üzvü Lens Bass gəlib. Jurnal qeyd edib ki, 22 yaşlı kollec tələbəsi öz ögey bacısı model və biznes ledi İvanka Trampın yolu ilə getməyə qərar verib.

Tiffani Trampın valideynləri 1999-cu ildə boşansa da, qızın sözlərinə görə, ana və atası daima onları dəstəkləyir.




Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti