Daha dörd ölkə neft hasilatını donduracaq

Daha dörd ölkə neft hasilatını donduracaq
  17 Fevral 2016    Oxunub:2909
Əlcəzair, Nigeriya, Ekvador və Omanın energetika nazirləri neft hasilatının həcminin “dondurulması” ilə bağlı təşəbbüsü dəstəkləyiblər.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Venesuelanın neft naziri Euloxio del Pino bildirib.

Qeyd edək ki, ötən gün İran və İraq da neft hasilatını dondurmaq barədə qərar qəbul edib.

Daha əvvəl isə Rusiyanın energetika naziri Aleksandr Novak və OPEK-ə üzv bir neçə ölkənin nümayəndələri Qətərin paytaxtı Dohada keçirilən danışıqların yekunu üzrə neft hasilatını 11 yanvara olan səviyyədə dondurmaq barədə razılıq əldə etdiyini bildirmişdi.

Məlumatda həmçinin, Səudiyyə Ərəbistanın da bu təkliflə razılaşdığı bildirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti