Mitinqdə bayrağımıza hörmətsizlik - FOTOLAR (Yenilənib)

  17 Sentyabr 2016    Oxunub : 53509
Mitinqdə bayrağımıza hörmətsizlik - FOTOLAR (Yenilənib)
Milli Şuranın mitinqi çıxışlardan sonra başa çatıb.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aksiyada Milli Şuranın 800-dək üzvü və təəssübkeşi iştirak edib.



***

Milli Şuranın mitinqi təyin olunan vaxtdan gec başlayıb.

Mitinqin təşkilatçıları tərəfindən bayrağımıza edilən hörmətsizlik diqqətdən yayınmayıb. Fotodan göründüyü kimi şanlı bayrağımız “Məhsul” stadionunda ayaqlar altına atılıb.



***

Müxalifətin radikal qanadı olan Milli Şuranın mitinqi hələ başlamayıb.

AzVision.az xəbər verir ki, saat 15:00-ya təyin olunan mitinq gecikir.

“Məhsul” stadionuna çox az sayda insan gəlib. Aksiya gələnlərə yağışdan qorunmaq üçün sellofan torbalar paylanılır.





Hələki mitinq keçirilən yerə AXCP sədri Əli Kərimli və partiya funksionerlərindən heç kim gəlməyib.

Qeyd edək ki, Milli Şuranın mitinqi Müsavat, ALP, AMİP, ADP, KXCP və digər partiyalar tərəfindən boykot edilib.













Foto: Elvin Abdulla
AzVision.az

Teqlər: