Bu gün onların bayramıdır

Bu gün onların bayramıdır
  27 Sentyabr 2016    Oxunub:1227
Bu gün Azərbaycan turizm işçilərinin peşə bayramı və Ümumdünya Turizm Günüdür.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncamda deyilir.

Bununla da ölkə başçısının sərəncamı ilə hər il sentyabr ayının 27-si Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd ediləcək.

Dünya Turizm Günü və Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin kollektivi və turizm sektorunda çalışanlar sentyabrın 27-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunaraq məzarı üzərinə gül dəstələri düzülüb.

AzVision.az




Teqlər:





Xəbər lenti