Babalarının kim olduğunu bilmək istəyirsən? - Mümkün deyil!

Babalarının kim olduğunu bilmək istəyirsən? - Mümkün deyil!
  10 Noyabr 2016    Oxunub:27708
Xarici ölkələrdə insanlar öz şəcərələrinə maraq göstərir və ulu babalarının kim olduğunu, hansı şəxslərin nəslindən gəldiklərini kilsə arxivlərindən öyrənə bilirlər. Bəs bizdə necə? Kimsə öz nəsil ağacının haralara gedib çıxdığını öyrənmək istəsə, bu, mümkündürmü?

AzVision.az bu sualla maraqlanıb və belə məlum olub ki, yox. Əvvəla, ona görə ki, Azərbaycanda əhalinin qeydiyyatı XIX əsrdən başlayaraq aparılıb. 1920-ci ilə qədər aparılan qeydiyyat hazırda Dövlət Arxivindədir.

“1920-ci ildən 1939-cu ilə qədər əhalinin qeydiyyatı Dövlə Arxivi, 1940-ci ildən isə aidiyyatı rayon üzrə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən aparılıb”,- deyə Dövlət Tarix Arxivinin müdiri Anar Məmmədov AzVision.az-a bildirib. O, qeyd edib ki, XIX əsrin əvvəlindən aparılan qeydiyyatın heç də hamısı onlarda deyil. “Elə yer var ki, orada əhalinin qeydiyyatı aparılıb, elə yer var ki, aparılmayıb. Məsələn, Qaxaz, Ağstafa, Şəmkir, Tovuz bölgəsində əhalinin qeydiyyatı aparılmayıb. Daha doğrusu, aparılıb, lakin həmin informasiyalar bizdə deyil, Gürcüstandadır. Digər bölgələrdə olanlar isə Tarix Arxivindədir.

Amma məsələnin başqa tərəfi də var. Belə ki, kimsə öz şəcərəsi ilə maraqlanmaq istəyirsə bunun üçün tutarlı səbəbi olmalıdır: “Bura hər kəs buraxılmır. Bizə ərizə ilə müraciət olunur və onun səbəbi olmalıdır. Kimsə elə-belə şəcərəsini araşdırırsa, bunu öz babasından, onların qəbirlərindən də öyrənə bilər. Lakin tədiqiqat işi aparanlara, kitab yazanlara və s. biz yardım etməyə çalışır. Bunun üçün də ilkin informasiyalar olmalıdır, yəni babasının doğum tarixi, adı və onun atasının adı və s. Bu informasiyalar olmadan axtarış etmək çətindir”.

Arxiv müdirinin sözlərinə görə, şəcərə ilə bağlı onlara daim müraciətlər daxil olur. Orta hesabla 100 ərizənin 4-5-i şəcərə ilə bağlıdır.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti