Alman protestant kilsəsi ermənilərin qulluğunda – TƏHLİL
Almaniyanın məşhur din adamlarından biri olmuş Yohannes Lepsius eyni zamanda ermənilərə yaxınlığı ilə seçilən şəxslərdən biri kimi tanınır. O, "Alman Erməni Cəmiyyəti"nin rəhbəri olub. Ermənilərin dostu kimi tanınan Lepsiusun yazdığı kitablardan hazırda Qərbdə Türkiyəyə qarşı uydurma “erməni soyqırımı” iddialarının irəli sürülməsi zamanı istifadə olunur.
"Soyqırım" iddiasını irəli sürən və erməniləri müdafiə edən protestant keşişlərdən biri də məşhur Fridrix Nauman (Friedrich Naumann fondunun qurucusu) olub. Hazırda "Fridrix Nauman" fondunun Almaniyada gücü, həmçinin siyasət, təhsil, media üzərində təsiri çox böyükdür. Buradan aydın olur ki, erməni havadarları elə də kiçik fiqurlar deyillər.
Başqa bir tarixi fakt da diqqət çəkir. 1897-ci ildə Prussiya Ruhani Məclisinin yaydığı açıqlamada deyilir: “Ermənistandakı qarşdalarımızın qatlandığı bütün əzab-əziyyətdən dolayı dərin kədər yaşamaqdayıq. "Ruhani Məclisi" Protestant kilsəsinin üzvlərinə üzünü tutaraq, onlardan erməni qardaşlarına yardım etmələrini, uşaqları himayələrinə almalarını və çəkilən əzablara son vermələrini rica edir...”
Beləliklə, 1898-ci ildə "Berlin Komitəsi"nin səyi nəticəsində 700-dən artıq yetim erməni uşağı himayəyə götürülmüşdü. Daha sonra bu proqamın davamı İrandək gedib çıxmışdı.
Bir faktı da xatırlatmaq tam yerinə düşərdi. 1878-ci ildə Berlin konqresinə Patrik Varjabeyanın rəhbərliyi ilə erməni nümayəndə heyəti qatılmış və müəyyən iddialarla çıxış etmişdi. Amma “dəmir kansler” Otto fon Bismark ermənilərin tələblərini qəbul etmədi və Osmanlıya qarşı "erməni soyqırımı" məsələsini irəli sürmədi.
Ermənilərin Qərb ilə “protestant sevgisi”
Qərbdə yaşayan ermənilərin tarixən protestantlaşdırılmasında başlıca rolu ABŞ, Britaniya və Almaniya oynayıb. Osmanlı dönəmində ABŞ və Almaniyadan Türkiyə ərazisinə protestant missionerlər göndərilmiş və nəticədə çoxlu erməni xristianlığın bu məzhəbini qəbul etmişdi. Görülən işlərin sonunda 1846-cı ildə ilk protestant erməni kilsəsi yaradılmışdı.
Rəsmi olaraq Osmanlı 1850-ci ildə Sultan Əbdülməcidin dönəmində protestant erməni camaatını tanımışdı. 1896-cı ilə aid tarixi faktlarda protestantlığı qəbul etmiş ermənilərin 15%-ə çatdığı qeyd olunur.
Bütövlükdə protestant kilsəsi 19-cu əsrdən etibarən erməniləri Qərbə bağlamaq üçün onları protestanlaşdırmaq yönündə xeyli zəhmət çəkib və uzağa hesablanmış strategiyalar həyat keçirib. Elə bu səbəbdən də Almaniya Bundestaqının 2 iyun 2016-cı ildə qəbul etdiyi "soyqırım" qətnaməsində göstərilən canfəşanlıq diqqət çəkir. Bundestaqdakı müzakirələr zamanı erməni keşişlərinin də zalda oturub, prosesi izləməsi müəyyən mətləblərdən xəbər verirdi.
Həmin qətnamə vaxtilə keşiş Lepsiusunun yazdıqlarına istinadən hazırlanmışdı. Qətnamənin tarixi olaylar üzrə araşdırmaçısı protestant ilahiyyatçı Dr.Hermann Qlotzdur. Bu da o deməkdir ki, keşiş Yohannes Lepsiusun, yəni erməniləri protestanlaşdıran, olmayan “genosid” haqda uydurma məlumatları qeydə alan bir kəsin arxiv materiallarına əsasən Almaniya hökuməti Türkiyəyə qarşı hücuma keçmişdi.
Buradaca bildirmək tam yerinə düşər ki, Almaniya Protestant Kilsəsi (EKD - Evangelische Kirche Deutschlands) alman hökuməti tərəfindən rəsmən sözü qəbul edilən, mediada geniş imkanlara sahib böyük protestant təşkilatıdır.
Sözügedən protestant dini təşkilatı 2004-cü ildə "erməni soyqırımı" iddalarını düz 3 dəfə müzakirəyə çıxarmışdı. Bir çox arqumentləri əsas götürərək, belə bir qənaətə gəlmək olar ki, EKD "soyqırım"ın tanınması üçün müxtəlif hüquqi prosedurları neçə illərdir həll etməkdədir. Almaniya Yevanqelist Kilsəsinin Almaniya Federativ Respublikasının dövlət orqanlarında, o cümlədən, Avropa İttifaqının (Aİ) müvafiq strukturlarında geniş profilli diplomatları, sadiq işçiləri təmsil olunmaqdadır. Almaniyanın nüfuzlu "Sosial Demokratlar" və "Xristian Demokrtalar" (CDU/CSU) partiyalarının nəznində də Yevangelist Araşdırma mərkəzləri fəaliyyət göstərir. Ayda bir dəfə nəşr olunan "Evangelische Verantwortung" (Yevanqelist Cavabdehlik) adlı Protestant dərgisində tez-tez erməni mövzusu qabardılır və "soyqırım"a aid müxtəlif səpkili məqalələr dərc olunur. Bütün bunlardan aydın görünür ki, Bundestaqda “soyqırım” qətnaməsinin qəbulunda din amili, xristianlıq təəssübkeşliyi siyasi maraqlarla yanaşı, həlledici amillərdən sayıla bilər.
Protestant Kilsəsinin Bundestaqa "soyqırım" müraciəti
Miqrant köçü ilə əlaqədar olaraq Türkiyəyə gələn Almaniya protestant heyətinin ölkənin Cənub-Şərq hissəsində yerli əhalilə görüşünə icazə verilməməsi Almaniyada ciddi narazıçılığa səbəb olmuşdu. Brüsseldən gələn, mühacirlərə cavabdeh olan alman protestant kisləsinin ayrı bir qanadı da Türkiyəyə etdiyi səfər əsnasında ölkənin Cənub-Şərq əyalətlərinə baş çəkmək istəmiş, lakin buna izn verilməmişdi. Almaniyanın Türkiyədəki səfirliyi bu əngəllərə etiraz etmişdi.
Güman olunur ki, sözgüdən hər iki protestant qrumu Türkiyə səfəri öncəsi Almaniya Bundestaqına müraciət etmiş və "erməni soyqırımı"nın tanınması üçün fəaliyyətə başladıqlarını bildirmişdilər.
PKK da öz növbəsində Almaniya Protestant Kilsəsinə yaxınlığı ilə seçilməkdədir. Protestand Kilsəsinin isə öz növbəsində, Almaniya xüsusi xidmət orqanlarına bağlı olduğunu, onlar tərəfindən koordinasiya edildiyini unutmaq olmaz.
Fərrux Həsənov
AzVision.az