İtkin düşən hərbçimizlə bağlı araşdırma aparılır

İtkin düşən hərbçimizlə bağlı araşdırma aparılır
  29 Dekabr 2016    Oxunub:5867
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən itkin düşmüş Azərbaycan hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu ilə bağlı beynəlxalq təşkilatlarla birgə araşdırma aparır.

Bu barədə AzVision.az-a Komissiyadan bildirilib. Qeyd olunub ki, araşdırmadan sonra ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır.
Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcəkdir.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti