`Shell` 10 neft yatağını 3,8 milyarda satıb

`Shell` 10 neft yatağını 3,8 milyarda satıb
  31 Yanvar 2017    Oxunub:1281
“Royal Dutch Shell” Şimal dənizindəki 3,8 milyard dollar dəyərindəki 10 neft yatağını “Chrysaor” şirkətinə satacaq.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, artıq şirkətlər yataqların alqı-satqısı barədə razılığa gəliblər. Müqavilə çərçivəsində “Shell” “Schiehallion” platformasındakı 10 faizlik səhmini “Chrysaor”a verəcək. Şirkətin həmin platformada çalışan 400 işçisi də “Chrysoar” şirkətinə transfer ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti