Bakı Şəhər Halqası Akademiyasının açılışı olub -Fotolar

Bakı Şəhər Halqası Akademiyasının açılışı olub -Fotolar
  02 Fevral 2017    Oxunub:2407
Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) mərkəzi ofisində könüllülük fəaliyyətinə dair yeni qurulan Akademiyanın açılış mərasimi keçirilib
AzVision.az xəbər verir ki, akademiyanın açılışında iştirak edən gənclər və idman naziri Azad Rəhimov könüllülərin hazırlığı prosesinə cəlb olunan kadrların hamısının yerli mütəxəssislər olduğunu bildirib:



"Gənclər arasında könüllülüyə olan marağın durmadan artması bizdə sevinc və fərəh hissi oyadır. İstər İslam Həmrəyliyi Oyunları, istərsə də, Formula 1 Azərbaycan Qran prisi üçün könüllüıərin hazırlığı prosesinə cəlb olunan mütəxəssislərin hamısə yerli kadrlardır ki, onların böyük bir qismi əvvəlki yarışlarda könüllü olaraq fəaliyyət göstəriblər. Bizim üçün böyük önəm kəsb edən əsas məqam bundan ibarətdir ki, iri miqyaslı idman tədbirlərinə cəlb olunan gənclərə yüksək təşkilatçılıq bacarıqları qazandırmaqla yanaşı eyni zamanda onların gələcək şəxsi inkişafı yüksək səviyyədə öz əksini tapsın".



Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov isə qarşıya qoyulan əsas məqsəd ölkənin gələcəyi üçün yüksək keyfiyyətlərə malik gənc nəsil hazırlamaqdır: "Bu gün savadlı, innovativ, milli dəyərləri qorumaqla qlobal dünyaya hazır olan nəslin yetişdirilməsi ən başlıca vəzifəmizdir".













Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti