Azercell nömrə satışını dayandırıb?

Azercell nömrə satışını dayandırıb?
  02 Fevral 2017    Oxunub:2263
`Azercell` şirkəti nömrə satışının dayandırılması ilə əlaqədar açıqlama yayıb.

AzVision.az-a daxil olan açıqlamada deyilir ki, fevral ayının 1-dən etibarən respublikada fəaliyyət göstərən bütün mobil operatorlarda nömrələrin satışı və aktivləşdirilməsi yeni online sistem üzrə aparılır. Bu, Nazirlər Kabinetinin və Prezidentin müvafiq qərarları ilə öhdəlik kimi qoyulub.

Azercell-in nömrə satışı dayandırılmamışdı və adi qaydada aparılırdı. Çünki bütün Azercell diler şəbəkəsində kifayət qədər aktiv nömrə ehtiyyatı mövcüd idi və satışları ehtiyyatlarımız hesabına həyata keçirirdik. Yalnız yanvarın 30-da yeni sistemə keçidlə əlaqədar təzə nömrələrin aktivləşdirilməməsi müvəqqəti olaraq dayandırılmışdı. Yanvarın 31-dən isə yeni sistemlə satış davam edir.

Yeni nömrə satışı sistemi və onun təkmilləşdirilməsi ilə əlaqədar suallarınızı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanlaya bilərsiniz.


Teqlər:





Xəbər lenti