Neftimiz ucuzlaşıb

Neftimiz ucuzlaşıb
  08 Fevral 2017    Oxunub:1388
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,60 dollar və ya 1,15% azalaraq 51,57 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,41 dollar və ya 0,74% azalaraq 54,64 dollar olub.

"AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,04 dollar və ya 1,82% azalaraq 56,16 dollar təşkil edib.

AzVision.az


Teqlər:





Xəbər lenti