`Prezident hər şeyi konkret ifadə etdi`

`Prezident hər şeyi konkret ifadə etdi`
  11 Fevral 2017    Oxunub:1960
"Biz mövcud işğal faktı ilə heç cür barışmırıq, barışmayacağıq". Bu sözləri tanınmış teleaparıcı Turan İbrahimov prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son çıxışını şərh edərkən bildirib.

Turan İbrahimov qeyd edib ki, xalqımızın iradəsini dövlət başçısı da hər zaman dilə gətirir və apardığı siyasət də məhz bu istiqamətdədir: "Ərazilərimizdə yalnız separatçılıq meyllərinin olmaması, işğalçı tərəfin başqa bir dövlət olaraq mövcudluğu, mübarizəmizin işğalçı tərəflə davam etməsi, həmçinin münaqişənin "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ" adlandırılması artıq əlavə hansısa fikirlər söyləməyə əsas qoymur.

Bəli, biz Ermənistanla müharibə şəraitindəyik, ərazilərimiz işğaldadır. İşğal altındakı ərazilərimizdəki cəbhə xətti boyunca qarşı tərəflə üz-üzəyik. Öz ərazilərimizdə, daxilimizdə düşmənlə üz-üzə qalmışıq. Həmçinin işğalçı ilə dövlət sərhədlərimiz boyu da cəhbə xəttimiz var. Amma dövlət başçısının vurğuladığı təxribatlar, aprel döyüşləri isə məhz işğalda olan ərazilərimizdəki düşmən qoşunları ilə qarşıdurmada baş verdi. İşğalçı ölkəmizin daxili cəbhə xəttindən təxribatlara əl atdı. Bu səbəbdən də daxili cəbhə xətti boyunca təxribatların qarşısını lokal savaşlarla aldığımız müddətcə, müharibə geniş bütün cəbhə xətləri boyunca başlamadığı müddətcə, biz öz daxilimizdə işğalçı ilə mübarizə aparmış oluruq.

Ermənistan, Rusiya və digər bir neçə keçmiş SSRİ dövlətləri ilə birgə təmsil olunduğu təşkilatın bu münaqişəyə müdaxiləsinə nail ola bilmədi. Məhz bu məqama diqqət çəkən dövlət başçısı fürsətdən istifadə edərək müəyyən söz-söhbətlərə, yerli-yersiz müzakirələrə nöqtə qoydu. Çünki o da bu dedi-qodularla daxili auditoriyanın necə manipuliyasiya edildiyinin fərqindədir. Xüsusilə ilə də yeniyetmə və gənclər vətənpərvərlik hisslərinin tələbi ilə olduqca həssasdırlar və bu üzdən də fərqli düşüncələrə yönəldilirlər. Dövlət başçısı belə bir məqamda məhz bu düşüncə qarışıqlıqlarına da da müdaxilə etdi. İndi isə prezidentimizin son fikirlərini yozmaq, səthi yanaşaraq, miqyasına uyğun olmayan şəxslərə verilmiş mesaj kimi təqdim etmək, ən əsası isə özünün yanlış yanaşmasını haqlı çıxartmaq üçün kimlərinsə istifadə etmə meyllərinə şahid oluruq. Bu, tamamilə yersizdir. Çünki dövlət başçımız hər kəsə, dərinə də, dayaza da hər şeyi konkret ifadə etdi".


Teqlər:





Xəbər lenti