İtaliya şirkətləri Azərbaycanla əməkdaşlıq etmək istəyir
Onun sözlərinə görə, bu istiqamətlər enerji sahəsi, İtaliyada istehsal olunmuş məhsullar, sənaye sahəsində əməkdaşlıqdır: "Enerji sahəsində əməkdaşlıqda Trans Adriatik Boru Kəməri (TAP) layihəsi böyük əhəmiyyətə malikdir. Eyni zamanda, uzun müddətdir ki, Azərbaycandan böyük həcmdə neft və neft məhsulları əldə edirik. Əməkdaşlğın ikinci istiqamətinə gəldikdə isə bu İtaliyada istehsal olunmuş "Made in Italy" məhsulları sahəsində əməkdaşıqdır. Bakıda çoxsaylı İtaliya markalarının nümayəndəlikləri açılıb. Üçüncü istiqamət isə sənaye sahəsində layihələrin təşviq edilməsidir".
Nazir qeyd edib ki, hazırda Azərbaycanla əməkdaşlq etmək istəyən 4 böyük İtalyan şirkəti var. "Bu şirkətlər ölkəyə böyük sərmayə yatırmaq istəyirlər. Bunlar metallurgiya, fındıqçılıq, müdafiə sənayesi sahəsində şirkət, telekommunikasiya sahəsində faəliyyət göstərən şirkətlərdir".
Forumda çıxış edən Azərbaycan iqtisadiyya nazirinin müavini Niyazi Səfərov ikitərəfli əlaqələrin inkişafından danışaraq italiyalı nazirin Azərabaycanda iqtisadiyyatın diversifikasiyanı yüksək qiymətləndirdiyi bildirib: "Italiya Azərbaycan üçün böyük iqtisadi maraq kəsb edən ölkədir.Əməkdaşlğın daha da inkişafı üçün böyük potensial var və potensialdan tam yararanmaq istəyirik".
Aytən Zəhra
AzVision.az
Teqlər: