Cənub Qaz Dəhlizi Avropa üçün strateji əhəmiyyət daşıyır

  23 Fevral 2017    Oxunub : 1045
Cənub Qaz Dəhlizi Avropa üçün strateji əhəmiyyət daşıyır
““Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır və onun Avropa üçün nə dərəcədə vacib olduğunu hamımız anlayırıq”
AzVision.az xəbər verir ki, bunu Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç deyib. Onun sözlərinə görə, ötənilki görüşdən sonra layihə üzrə böyük irəliləyişlər əldə olunub.

“Qitənin gələcəyi üçün strateji əhəmiyyət daşıyan bu layihəyə Avropa maliyyə təşkilatlarının da diqqət göstərməsi vacibdir. Layihənin vaxtında icra olunacağına əminəm”.

Maroş Şevçoviç Prezident İlham Əliyevin Brüsselə son səfərinin əhəmiyyətli olduğunu, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı nəzərdə tutan çərçivə sazişinin imzalandığını, enerji təhlükəsizliyi ilə bağlı səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırıb.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: