Bu il elektrik enerjisi tarifləri artırılmayacaq

Bu il elektrik enerjisi tarifləri artırılmayacaq
  02 Mart 2017    Oxunub:1322
“Azərenerji” ASC 2017-ci ildə elektrik enerjisi tariflərinə yenidən baxmağı nəzərdən keçirmir.
Bu barədə “Standard&Poor`s Global Ratings”in (S&P) yaydığı məlumatda deyilir.

“2016-cı ilin dekabrında “Azərenerji” ASC tarifləri təxminən 33% artırıb. Bununla dövlət şirkəti SOCAR-dan aldığı qazın qiymətindəki 50%-lik artımı kompensasiya etmiş oldu. Biz bu il tariflərə yenidən baxılacağını gözləmirik”, - deyə agentliyin mütəxəssisləri bildirib.

S&P qeyd edib ki, sonuncu tarif artımı “Azərenerji” ASC-nin maliyyə nəticələrinə təsir etməyib. (APA)

AzVision.az


Teqlər:





Xəbər lenti