Neft Fondu bu layihədən 123 milyard qazanıb

Neft Fondu bu layihədən 123 milyard qazanıb
  03 Mart 2017    Oxunub:1703
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il martın 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 123 milyard 102 milyon ABŞ dolları gəlir əldə edib.
ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a bildirilib ki, bu ilin yanvar-fevral aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 993 milyon dollar vəsait daxil olub.

AzVision.az


Teqlər:





Xəbər lenti