Neftin qiyməti yenə dəyişdi

Neftin qiyməti yenə dəyişdi
  10 Mart 2017    Oxunub:1265
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,32 dollar bahalaşaraq 49,60 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,32 dollar artaraq 52,51 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 3,04 dollar ucuzlaşaraq 53,07 dollar təşkil edib.

AzVision.az


Teqlər: Neft   AzəriLayt  





Xəbər lenti