Vergilər Nazirliyində yeni departament yaradılıb

Vergilər Nazirliyində yeni departament yaradılıb
  10 Mart 2017    Oxunub:7028
Vergilər Nazirliyində nazir Fazil Məmmədovun əmri ilə yeni departament yaradılıb.
AzVision.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov bildirib.

Onun sözlərinə görə, yeni yaradılan qurum Əlaqələndirmə və İdarəetmə departamenti adlanır: “Bu departamentin əsas funksiyası vergi orqanları və yerli strukturlar arasında vergi qanunvericiliyi və inzibatçılığa edilən dəyişikliklərlə bağlı səmərəli əlaqələndirmənin aparılmasıdır.”.

Aytən Zəhra
AzVision.az


Teqlər: VergilərNazirliyi  





Xəbər lenti