Nazir iradını bildirdi: “Ədalətli olmaq lazımdır”

Nazir iradını bildirdi: “Ədalətli olmaq lazımdır”
  10 Mart 2017    Oxunub:2033
“MasterCard”ın bəzi xidmətlərə tətbiq etdiyi faiz dərəcələri vəzi vergi dərəcələrindən yüksəkdir.
AzVision.az-ın xəbərinə görə, bunu “Vergilər naziri Fazil Məmmədov “MasterCard” şirkətinin nümayəndəsinin vergi yükünün çox olması ilə bağlı iradına cavab olaraq deyib.

Nazir “MasterCard” ödəniş sistemini xidmət haqlarını azaltmağa çağırıb: “Bu şikrət iddia edir ki, vergi dərəcələri yüksəkdir, vergi yükü çoxdur. Lakin heç kəsə sirr deyil ki, “MasterCard”ın bəzi xidmətlərə tətbiq etdiyi faiz dərəcələri vergi dərəcələrindən yüksəkdir. Məsələyə ədalətli yanaşmaq lazımdır”.

Nazir əlavə edib ki, Azərbaycan bir çox beynəlxalq qanunlara qoşulub. Bəzi təşkilatlarla, o cümlədən Ümumdünya Ticarət Təşkilatı (WTO) ilə müvafiq saziş imzalamağa hazırlaşır: “WTO-nun vergi dərəcələri ilə bağlı tələbləri var “Azersun Holding” bir müddət əvvəl təkliflər irəli sürmüşdü. Amma WTO-nun tələbinə görə, idxal edilən və yerli istehsal olan məhsullar arasında vergi dərəcəsinin fərqli olması qəbuledilməzdir. Yəni, dempinqin qəbul edilməsi düzgün deyil”.

Aytən Zəhra
AzVision.az



Teqlər: VergilərNazirliyi   ÜmumdünyaTicarətTəşkilatı  





Xəbər lenti