SOCAR 7 neft tankeri alıb

SOCAR 7 neft tankeri alıb
  13 Mart 2017    Oxunub:1538
SOCAR-ın neft və neft məhsullarının satışı ilə məşğul olan “SOCAR Trading SA” şirkəti 7 ədəd neft tankeri alıb.
AzVision.az xəbər verir ki, şirkətin baş icraçı direktoru Arzu Əzimov ötən ay imzalanan müqaviləyə əsasən, “SOCAR Trading SA”nın 2 ədəd 140 min ton tutumu olan “Suezmax” və 5 ədəd 80 min ton tutuma malik “Aframax” sinifli tanker əldə etdiyini deyib. Şirkət Aralıq və Xəzər dənizlərində özünün nəqliyyat potensialını genişləndirmək niyyətindədir.

Hazırda şirkətin donanmasında 5000-15000 ton arası tutuma malik 30 gəmisi var. Onların arasında neft tankerləri çoxluq təşkil edir.

Qeyd edək ki, mərkəzi ofisi Cenevrədə yerləşən “SOCAR Trading” Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və digər məhsulların bazarlarda satışını təşkil etmək üçün 2007-ci ilin dekabrında təsis olunub. SOCAR–ın İsveçrədəki fəaliyyəti “SOCAR Trading” tərəfindən həyata keçirilir və şirkət bu ölkədə neft məhsullarının satışı bazarında fəal iştirak edir. Şirkətin bazar dəyəri təxminən 1,15 milyard ABŞ dollarıdır.

AzVision.az


Teqlər: SOCAR   tanker  





Xəbər lenti