Neftimiz bahalaşıb

  18 Mart 2017    Oxunub : 569
Neftimiz bahalaşıb

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar bahalaşaraq 48,90 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar artaraq 51,82 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,15 dollar artaraq 52,95 dollara bərabər olub.

AzVision.az

Teqlər: Neft