Əvəz Ələkbərov BMT-nin mükafatına layiq görülüb

Əvəz Ələkbərov BMT-nin mükafatına layiq görülüb
  30 Mart 2017    Oxunub:2342
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) maliyyə və maliyyə institutları kafedrasının müdiri, professor Əvəz Ələkbərov BMT-nin İctimai Mükafatlar Şurasının qərarı ilə elm və təhsil sahəsində xidmətlərinə görə Avropa Ordeninə layiq görülüb.

UNEC-dən AzVision.az-a verilən məlumata görə, Ə.Ələkbərova bu mükafat universitetdə həyata keçirilən yeniliklərdə, onun beynəlxalq aləmdə reytinqinin yüksəldilməsində xidmətlərinə, o cümlədən maliyyə və maliyyə institutları kafedrasında aparılan keyfiyyət dəyişikliklərinə verdiyi töhfəyə görə verilib.

Qeyd edək ki, Əvəz Ələkbərov Azərbaycanın sabiq maliyyə naziridir.

AzVision.az


Teqlər: UNEC  





Xəbər lenti