MBNP banka şöbə açmağa icazə verib

MBNP banka şöbə açmağa icazə verib
  01 Aprel 2017    Oxunub:1542
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurası “Kapital Bank” ASC-nin “Dəmiryol” şöbəsinin açılmasına icazə verib.
Palatadan AzVision.az-a verilən məlumata görə, sözügedən bank tərəfindən struktur bölmənin fəaliyyətə başlaması üçün MBNP-yə daxil olmuş müraciət müsbət dəyəndirilib və şöbənin açılmasına dair qərar qəbul edilib.

"MBNP Direktorlar Şurası “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci, 11.1-ci və “Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi” Qaydalarının 4.1-ci bəndinə, eləcə də MBNP-nin Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən “Kapital Bank” ASC-nin Bakı şəh., Nəsimi r-nu F.Əmirov, 24 (2 saylı "ASAN Kommunal") ünvanında yerləşən “Dəmiryol” şöbəsinin açılmasına icazə verib".

AzVision.az


Teqlər: MBNP   bank   ASANKommunal  





Xəbər lenti