1 saylı stomatoloji poliklinika özəlləşdirilib
Bu dəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Sumqayıt şəhərində yerləşən 1 saylı stomatoloji poliklinika olub. Adıçəkilən əmlak 350 min 200 manata özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü paytaxtın Nəsimi və Qaradağ rayonlarında, 1-i Sumqayıt şəhərində, 2-si isə regionlarda müvafiq olaraq Yevlax və Quba rayonlarında yerləşir. Regionlar üzrə ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi Quba rayonunda yerləşən “Şahmehi” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Əmlak 100 min manata özəlləşdirilib.
Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrindən 3-ü paytaxtın Nərimanov və Nəsimi rayonlarında, digərləri Mingəçevir və Kürdəmir rayonlarında yerləşir. Nəqliyyat vasitələrinin satışı üzrə isə hərraclar rəqabətli şəraitdə keçib. Ən yüksək qiyməti təklif edən iddiaçı nəqliyyat vasitəsinin sahibi olub.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac aprelin 11-də keçiriləcək.
AzVision.az
Teqlər: ƏmlakMəsələləriDövlətKomitəsi