Palata banklara 143 milyon ayırıb

Palata banklara 143 milyon ayırıb
  05 Aprel 2017    Oxunub:1327
Carı ilin iki ayı ərzində banklara məxsus 6 filial bağlanıb.
AzVision.az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, yanvar ayından martın 1-dək bankların ümumilikdə 6 filialı fəaliyyətini dayandırıb. Belə ki, əgər bu ilin yanvarın 1-nə ölkədə bankların filiallarının sayı 569 olubsa, fevralın sonunda bu göstərici 563-ə qədər azalıb. Hazırda ölkədə 32 bank fəaliyyət göstərir.

Bank sektoru cari ilin fevral ayını 50 mln. manatlıq xalis mənfəətlə başa vurub. Hesabat dövründə bankların faiz gəlirləri 348,8 mln. manat, qeyri-faiz gəlirləri 163,8 mln. manat, o cümlədən kreditlər üzrə faizlər 258,6 mln. manat təşkil edib. Martın 1-ə bankların faiz xərcləri 170,6 mln. manat olub. Kommersiya bankları depozitlər üzrə faizlərə 66,6 mln. manat sərf edib. Maliyyə təşkilatlarının qeyri-faiz xərcləri 144,7 mln. manat təşkil edib. Banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 143,6 mln. manat ayırıb.

AzVision.az


Teqlər: Bank   MBNP  





Xəbər lenti