Azərbaycan 23 ölkə ilə ikiqat vergitutmanı ləğv edir

Azərbaycan 23 ölkə ilə ikiqat vergitutmanı ləğv edir
  05 Aprel 2017    Oxunub:1469
İkiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlərin ölkələr arasında hüquqi-iqtisadi müstəvidə də əhəmiyyəti olduqca böyükdür. Belə sazişlər ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verməklə və sazişi imzalamış ölkənin şirkətləri və iş adamları üçün geniş imkanlar açmaqla yanaşı, ölkələrin hüquqi prinsiplərə və investisiyaların müdafiəsinə sadiqliyini nümayiş etdirən böyük siyasi əhəmiyyətə də malikdir.
AzVision.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyi Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Departamentinin baş direktoru Zaur Fətizadənin məqaləsində qeyd edilib. Onun sözlərinə görə, kiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlər həm də diqqətdə saxlanılaraq imzalanmadan sonrakı illərdə zərurət yarandığı hallarda təkmilləşdirilir:

"Azərbaycan ikiqat vergitutmanın aradan qaldırılması haqqında indiyədək 53 dövlətlə müvafiq saziş imzalayıb. Onlardan 49-u artıq qüvvəyə minib və tətbiq edilir. Bu sazişlər ölkəmizin bütün əsas iqtisadi və ticarət tərəfdaşlarını, o cümlədən Azərbaycanda əhəmiyyətli investisiyalara malik olan dövlətləri əhatə edir. Bundan əlavə, 5 dövlət - Sinqapur, İrlandiya, Slovakiya, Malayziya və Mərakeşlə müvafiq sazişlər imzalanmaya hazırdır, 8 dövlət - Albaniya, Qırğızıstan, Banqladeş, Hindistan, Suriya, Türkmənistan, Portuqaliya və Oman ilə müzakirələr davam etdirilir, 10-dan artıq dövlətə isə saziş layihəsi təqdim edilib və danışıqların başlanması gözlənilir".

AzVision.az


Teqlər: Vergi   Nazirlik   Azərbaycan  





Xəbər lenti