Azərbaycanlı iş adamı Rusiyada yarmarkalar keçirir

Azərbaycanlı iş adamı Rusiyada yarmarkalar keçirir
  06 Aprel 2017    Oxunub:2004
«Russkiye Yarmarki» - Rusiyanın bütün ərazisində ticarət meydançaları təşkil etməklə məşğul olan şirkətdir. Məqsəd müasir Rusiyanın ərazisində yarmarka ticarətinin ənənəvi təzahürlərini yenidən dirçəltmək və inkişaf etdirməkdir.

Şirkətin təsisçisi “ZAR” şirkətlər qrupudur. Onun aktivlərinə ofis və ticarət mərkəzləri daxildir.

«ZAR» şirkətinin sahibi Rusiyanın tanınmış iş adamı Akif Gilalov həmçinin bir sıra dövlət şirkətlərində səhmdar olmaqla bərabər İsveçrənin “West-East Alliance” şirkətinin də sahibidir.

“West-East Alliance” şirkətinin aktivlərinə ən iri volfram yatağı (Uralvolfram), həmçinin qızıl, qurğuşun və sink çıxarmaqla məşğul olan “СибЦветМетЗолото” dağ-mədən şirkəti daxildir.


Teqlər: #RusskiyeYarmarki   #Biznes  





Xəbər lenti