Aİ ölkəmizdə 45 Tvinninq layihəsi həyata keçirib

Aİ ölkəmizdə 45 Tvinninq layihəsi həyata keçirib
  07 Aprel 2017    Oxunub:1567
“Azərbaycanda indiyə kimi 45 Tvinninq layihəsi həyata keçirməyə görə məmnunuq”.
AzVision.az-ın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. M. Mard bildirib ki, Azərbaycan Tvinniq layihələrinə görə, şərq tərəfdaşlığı ölkələri arasında liderdir:

“Bu layihələr həm Azərbaycan üçün, həm də Avropa İttifaqı üçün uğurlu olub. Ümumilikdə bu layihələr tərəflər arasında münasibətlərin möhkəmlənməsinə təkan verib. son illər Azərbaycanda Tvinniq layihələrində 1000-dən çox ekspert işləyib, Avropa İttifaqına 100-ə yaxın səfərlər təşkil olunub”.

Nümayəndə deyib ki, ən uğurlu layihələr sosial rifah, statistika, ekologiya və digər sahələrdə həyata keçirilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:   Azərbaycan  





Xəbər lenti