İtaliya səfiri TAP-la bağlı qalmaqala aydınlıq gətirdi

İtaliya səfiri TAP-la bağlı qalmaqala aydınlıq gətirdi
  07 Aprel 2017    Oxunub:1761
İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo Latsio şəhər məhkəməsi tərəfindən TAP layihəsinin tikintisi üçün Ətraf Mühit Nazirliyinin 221 zeytun ağacının çıxarılması ilə bağlı qərarının ləğvinə münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, səfir qeyd edib ki, İtaliya hökuməti bu məsələ üzərində işləyir: "Hazırda İtaliya məhkəməsinə təqdim edilmiş bəzi administrativ məsələlər var. Əminəm ki, bu məsələ həll olunacaq. TAP-la bağlı işlər artıq başlayıb və davam edəcək”.

Qeyd edək ki, ötən gün İtaliyanın Latsio regional inzbati məhkəməsi Ətraf Mühit Nazirliyinin TAP kəmərinin keçdiyi Apuliya bölgəsində çoxillik zeytun ağaclarının köçürülməsi üçün verdiyi icazənin qüvvəsini dayandırıb. Qərar Apuliya regional hökumətinin iddiası əsasında çıxarılıb.

TAP-ın tikintisi və zeytun ağaclarının köçürülməsi neçə gündür ki, “No TAP” komitəsinin fəallarının keçirdiyi aksiyalara görə dayandırılıb. TAP konsorsiumu kəmərin marşrutu boyu 216 çoxillik zeytun ağaclarının köçürülməsi üçün icazə alıb, lakin onlardan cəmi 4-nü köçürməyə imkan tapıb.

İtaliya parlamentində 22 faiz yerlə təmsil olunan, Rusiyaya bağlı “5 Star” hərəkatının yaratdığı “No TAP” komitəsinin keçirdiyi etirazlar nəticəsində işlər dayandırılıb. İndi isə məhkəmə ağacların köçürülməsinə verilmiş icazənin qüvvəsini dayandırıb. Məhkəmənin qərarına əsasən ağacların köçürülməsinə dair icazə aprelin 19-da keçiriləcək dinləmələrə qədər qüvvədə olmayacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İtaliya   TAP   Səfir  





Xəbər lenti