İsrail ilə ikiqat vergitutma aradan qaldırılır

İsrail ilə ikiqat vergitutma aradan qaldırılır
  07 Aprel 2017    Oxunub:1509
Milli Məclisin iclasında bir sıra dövlətlərlə imzalanan sənədlər ratifikasiya edilib.
AzVision.az-ın məlumatına görə, bunlar "Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin" Birgə Bəyanatı, 1997-ci il 10 iyun tarixində Almatı şəhərində imzalanmış "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında mülki işlər üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Müqavilə"nin 5-ci Maddəsinə dəyişiklik və əlavələrin edilməsi haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında Notalar Mübadiləsinin təsdiq edilməsi, "Azərbaycan Respublikası Prezidentinin və Venesuela Bolivar Respublikası Prezidentinin" Birgə Bəyanatı və "Azərbaycan Respublikasının Hökuməti ilə Venesuela Bolivar Respublikasının Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" Sazişdir.

Daha sonra "Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın və onun protokolunun təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Sənəd iki ölkə arasında ticarət və maliyyə dövriyyəsinin həcminin artmasına və vergidən yayınmanın qarşısının alınmasına xidmət edəcək. Qanun layihəsi fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisini əhatə edir. Qanun layihələri səsə qoyularaq qəbul edilib.

AzVision.az


Teqlər: Azərbaycan   İsrail   MilliMəclis  





Xəbər lenti