Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
  10 Aprel 2017    Oxunub:1393
Dünya birjalarında neftin bahalaşması davam edir.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar və ya 0,40% artaraq 52,45 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,18 dollar və ya 0,33% artaraq 55,42 dollar olub.

AzVision.az


Teqlər: neft  





Xəbər lenti