Azərbaycan ABŞ-dan təyyarə alıb - Qiyməti 1 milyard dollardır

Azərbaycan ABŞ-dan təyyarə alıb - Qiyməti 1 milyard dollardır
  10 Aprel 2017    Oxunub:17215
Aprelin 7-də Silk Way aviaşirkəti yeni Boeing 747-8F model təyyarəni əldə edib. ABŞ səfiri Robert Sekuta Silk Ways aviaşirkəti və Azərbaycan Hava Yollarının nümayəndələri ilə birgə tədbirdə iştirak edib.
AzVision.az xəbər verir ki, bu təyyarə Silk Way aviaşirkətinin 10-cu Boeing təyyarəsidir.

Məlumata əsasən təyyarənin əldə edilməsi Silk Way aviaşirkəti ilə Boeing Korporasiyası arasındakı Azərbaycanın özəl müəssisələrinin tarixində ən böyük, daha dəqiq desək 1 milyard ABŞ dolları civarında olan layihənin birinci mərhələsinin uğurla başa çatması deməkdir.

Silk Way aviaşirkəti 2005-ci ildən etibarən ABŞ-IN özəl şirkətləri ilə əməkdaşlıq edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Azərbaycan   SilkWay   ABŞ  





Xəbər lenti