Natiq Əliyev GUAM-ın baş katibi ilə görüşüb
GUAM çərçivəsində üzv dövlətlər arasında əməkdaşlığın inkişafı üçün hazırda əlverişli şəraitin yarandığını vurğulayan A. Əfəndiyev inkişaf etmiş nəqliyyat sistemi, nəqliyyat dəhlizi kimi bir çox üstünlüklərə malik Azərbaycanın bu imkanlardan yararlanmasının vacibliyini bildirib. O, enerji sahəsində ikitərəfli Ukrayna-Azərbaycan, Gürcüstan-Azərbaycan əməkdaşlığının təşkilat formatında daha da genişləndirilməsini, bu istiqamətdə görüşlərin keçirilməsini təklif edib.
N. Əliyev isə bildirib ki, GUAM çərçivəsində enerji əməkdaşlığı təşkilat üzvlərinin ümumi marağında olan hər hansı bir layihə əsasında səmərə verə bilər. Bu məqsədlə qurum bu ölkələrin hər birinin cəlb oluna biləcəyi layihələrlə bağlı təklifləri dəqiqləşdirməli və müzakirə formatını müəyyənləşdirməlidir. Yalnız bundan sonra sentyabr-oktyabr aylarında təşkilata üzv dövlətlər arasında enerji əməkdaşlığını konkret istiqamətdə inkişaf etdirmək üçün xüsusi iclas keçirilə bilər.
GUAM-ın baş katibi A. Əfəndiyev məsələ ilə bağlı təşkilatın digər üzvləri ilə qısa müddətdə müzakirələrə başlanılacağını bildirib.
AzVision.az
Teqlər: GUAM Azərbaycan