Mərkəzi Bank depozit hərracı keçirəcək

Mərkəzi Bank depozit hərracı keçirəcək
  13 Aprel 2017    Oxunub:1298
Aprelin 14-də Azərbaycan Respublikasının Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək.
AzVision.az Mərkəzi Banka istinadla xəbər verir ki, dolayı hərracda 250 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01-14,99 faiz təşkil edir.

AzVision.az


Teqlər: MərkəziBank   Depozit   Hərrac  





Xəbər lenti