Türkiyədə referenduma hazırlıq başa çatıb
Ölkənin şərq bölgələrində yerləşən 32 vilayətində səsvermə yerli vaxtla saat 7.00-dan 16.00-dək, digər ərazilərdə isə saat 8.00-dan 17.00-dək keçiriləcək. Aprelin 15-də saat 18.00-da təbliğat kampaniyası rəsmi şəkildə başa çatır.
Ölkədə asayişin qorunması üçün ciddi tədbirlər görülür. Bu məqsədlə aprelin 16-da saat 6.00-dan 24-00-dək ölkənin bütün ərazilərində spirtli içki satılması qadağan olunub.
Qeyd edək ki, bu səsvermə Türkiyənin tarixində Konstitusiyasına dəyişikliyi ilə bağlı 7-ci referendumdur.
AzVision.az
Teqlər: Türkiyə Referendum AKP