Sabiq prezident İlham Əliyevin qəbulunda - Yenilənib

Sabiq prezident İlham Əliyevin qəbulunda - Yenilənib
  18 Aprel 2017    Oxunub:2400
Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyevi qəbul edib.
AzVision.az-ın xəbərinə görə, Bolqarıstanın keçmiş Prezidenti Rosen Plevneliyev Azərbaycana gəlişindən həmişə olduğu kimi, böyük məmnunluq hissi keçirdiyini dedi. Azərbaycan Respublikasının Prezidenti ilə görüşlərinə toxunan Rosen Plevneliyev Prezident İlham Əliyevlə ölkələrimiz arasında strateji tərəfdaşlığa dair sənədi imzalamasını xüsusilə vurğuladı.

Rosen Plevneliyev Prezident İlham Əliyevin uzaqgörən siyasətinin “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi işinə töhfə verdiyini dedi.

Prezident İlham Əliyev özünün Bolqarıstana səfərini, Bolqarıstan Prezidenti ilə görüşlərini xatırlayaraq, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı və bundan sonra da səmərəli əməkdaşlıq həyata keçiriləcəyinə əminliyini ifadə etdi.

AzVision.az


Teqlər: İlhamƏliyev   Qəbul  





Xəbər lenti