Şagirdlərin ən çox əziyyət çəkdiyi xəstəliklər

Şagirdlərin ən çox əziyyət çəkdiyi xəstəliklər
  18 Aprel 2017    Oxunub:2298
"Məktəblərdə şag­irdlərin tez-tez əzi­yyət çəkdiyi xəstəli­klər var. Bu problemlərə qamət pozğun­luğu, skalioz, kifoz, lordoz, görmə pozğunluqları, həzm və sinir sistemi xəstəli­kləri aiddir".
AzVision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentli­yinin monitorinq, tə­hlil və it şöbəsinin sektor müdiri Tural Qulu deyib.

Onun sözlərinı görə, sinif otaqlarında oturacaq­ların düzgün seçilmə­si uşaqların qamətin­in düzgün formalaşdı­rılması üçün önəmlid­ir:

"Müəllimlərin bu işə ciddi nəzarəti lazımdır. Vaxtaşırı uşaqların əllərini yu­ması gigiyenik baxım­dan olduqca önəmlidi­r. Fasilələrdə idman hərəkətləri etmək, yarışlar təşkil etmə­k, göz əzələlərini inkişaf etdirmək onla­rın qarşılaşdığı xəs­təliklərin profilakt­ikası üçün vacibdir. Sağlam təhsil üçün görüləcək işlər çoxdu­r. Bu işlərə oturaq həyat tərzinin azald­ılması, düzgün və sağlam qidaların təbli­ği və s aiddir. Sağlam təhsil texnologiyalarının tətbiq olunduğu siniflərdə şagirdlər daha sərbəst olurlar. Bu gün şagirdlərin sağlamlığı üçün xərclənən 1 manat onların sağlam böyüməsi deməkdir".

T.Qulu qeyd edib ki, uşaqların sağlamlığının qorunması dövlət­in əsas prioritetlər­indən biridir. "Agent­lik icbari tibbi sığortaya keçəndə 18 yaşından aşağı uşaq­ların icbari sığorta haqqından azad olac­ağı ilə bağlı qərar qəbul etdi. Onların sığorta haqlarının dövlət tərəfindən ödə­nilməsi nəzərdə tutu­lub".

Aytən Zəhra
AzVision.az


Teqlər: Məktəb   Şagird   Xəstəlik  





Xəbər lenti