Lüt qadınlardan prezidentliyə namizədə etiraz - VİDEO

Lüt qadınlardan prezidentliyə namizədə etiraz - VİDEO
  18 Aprel 2017    Oxunub:1574
Parisdə Femen hərəkatının fəalları Fransa prezidentliyinə namizəd, ultrasağçı “Milli cəbhə” partiyasının lideri Marin Le Penə çıxışı zamanı mane olmağa cəhd ediblər. AzVision.az “BFMTV” telekanalına istinadən xəbər verir ki, hadisə Parisin şimal-şərqində baş verib.
Femen qadın əlində gül dəstəsi ilə səhnəyə çılpaq çıxaraq prezidentliyə namizədə qarşı etiraz edb.



Lakin mühafizə dərhal qadını Le Pendən uzaqlaşdırıb. Daha sonra başqa qadın analoji aksiyanı təkrarlamaq istəsə də, bu mümkün olmayıb.

Telekanal xəbər verir ki, Le Pen feministlərin aksiyasına kinayə ilə cavab verib: “Qadınları himayə edən yeganə qadınam”.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Fransa   Seçki   Namizəd  





Xəbər lenti