Avropa İttifaqı Azərbaycanla vizanı ləğv edəcəkmi? - Açıqlama

Avropa İttifaqı Azərbaycanla vizanı ləğv edəcəkmi? - Açıqlama
  18 Aprel 2017    Oxunub:2546
“Gələn həftə Bakıda Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqlarda gündəlikdəki geniş spektrli məsələlər müzakirə ediləcək. Bu danışıqların başlamasını səbirsizliklə gözləyirik”.
AzVision.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard tərəflər arasında vizanın ləğvi ilə bağlı danışıqların aparılıb-aparılmamasına dair suala cavabında bildirib. Onun sözlərinə görə, danışıqların geniş gündəliyi var: “Biz bu çərçivədə bir sıra məsələləri müzakirə etməyə hazırıq. Danışıqların başlanmasını səbirsizliklə gözləyirik”.

M. Mard bildirib ki, Avropa İttifaqı 2007-ci ildən bəri Azərbaycanın 70 qeyri-hökumət təşkilatına 90 milyon avro ayırıb: “Bu vəsait qadınların kənd yerlərində işlə təmin olunması, jurnalistlər və sosial strukturların əməkdaşlarına treninqlərin keçirilməsi kimi müxtəlif layihələr üçün ayrılıb. Bu istiqamətdə əməkdaşlığı davam etdirmək niyyətindəyik. Bundan başqa Avropa İttifaqı təhsil və məşğulluq kimi layihələr üçün 10,5 milyon avro dəyərində maliyyə xətti açıb. Bu layihələr Azərbaycanın vətəndaş cəmiyyətinin xeyrinədir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Azərbaycan    





Xəbər lenti