“Veysəloğlu” qida məhsullarının qiymətini ucuzlaşdırdı

“Veysəloğlu” qida məhsullarının qiymətini ucuzlaşdırdı
  18 Aprel 2017    Oxunub:1339
Son vaxtlarda manatın məzənnəsinin ABŞ dollarına nisbətən möhkəmlənməsini nəzərə alaraq “Veysəloğlu” şirkəti distribyuterlik etdiyi idxal mallarının qiymətinə yenidən baxıb və bir sıra ərzaq məhsullarının topdansatış qiymətini endirib.

Belə ki, şirkət idxal etdiyi və topdansatışını həyata keçirdiyi duru qarğıdalı yağının qiymətini 7%-dək, şəkər tozunu 3%-dək, makaron məhsullarını 6%-dək, müxtəliv növ düyüləri 9%-dək, qarabaşağı 10%-dək, uşaq qidalarını isə 4%-dək ucuzlaşdırıb.



Teqlər: #Qiymətlər   #Ərzaq  





Xəbər lenti